Qənirə Paşayeva Tovuzda görüşlər keçirdi-Fotolar

 

 

Millət vəkili Q.Paşayeva Tovuzda sakinlərlə görüşüb, onları Ramazan bayramı münasibətilə təbrik edib

Millət vəkili Qənirə Paşayeva Tovuzda  sakinlərlə görüşüb, qayğılarını dinləyib. Millət vəkili Q.Paşayeva sakinləri Ramazan bayramı münasibətilə təbrik edib, dualarının qəbul olunmasını diləyib. Millət vəkili sakinlərin müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edib, müzakirələr aparıb. Bir çox xəstələrlə görüşən millət vəkili Q.Paşayeva onların müalicələri ilə maraqlanıb, bəzilərinin daha yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün  Bakıda və ya Tovuz rayon Mərkəzi Xəstəxanasına müraciətlər edərək onların müalicəsinin və əməliyyatının aparılması məsələsinə dəstək olub. Millət  vəkili  Qənirə Paşayeva həmçinin fiziki imkanları məhdud insanlarla da görüşüb, qayğıları ilə maraqlanıb. Bir sıra sakinlər millət vəkili ilə görüşdə ünvanlı sosial yardım, təhsil, səhiyyə, işlə təminat, məşğulluq, bəzi ailələr isə qaz, su və elektrik təchizatı ilə bağlı üzləşdikləri problemin həllinə dəstək göstərlməsi üçün millət vəkili Q.Paşayevaya müraciətlər ediblər. Sakinlərlə görüşdə  bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələr ilə bağlı söhbətlər, müzakirələr aparılıb. Millət vəkili Q.Paşayeva cənab Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə ölkəmizdə, o cümlədən Tovuzda aparılan quruculuq və abadlıq işlərinin daha da güclənməsi, insanların sosial rifah halının daha da yaxşılaşmasından danışıb və Prezident İ.Əliyevin göstəriş və tapşırıqları ilə Tovuzda insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən və nəzərdə tutulan layihələr, işlər barədə də ətraflı məlumatlar verib və bildirib ki, həyata keçirilən və nəzərdə tutulan işlər tezliklə öz müsbət təsirini verəcək. Millət vəkili tək-tək vətəndaşları dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, qanun, qaydalar və imkanlar çərçivəsində həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili Q.Paşayeva sakinlərin bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini də deyib. Qənirə Paşayeva sakinləri narahat edən məsələləri dinləyərək onları yerli və müvafiq mərkəzi qurumlarla onları müzakirə edəcəyinə və həllinə   çalışacağına deyib. Sakinlər ilə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, sakinləri maraqlandıran bir sıra sualları da cavablandırıb. Sakinlərlə görüşdə şəhid ailələrinə, müharibə əlillərinə, fiziki imkanları məhdud insanlara “Veysəloğlu” şirkətinin Ramazan bayramı ilə bağlı bayram hədiyyələri təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.