Qənirə Paşayevanın kitablarının imza günü olub

2-ci Kitab festivalı çərçivəsində millət vəkili Q.Paşayevanın kitablarının imza günü olub

 

 

 

 

 

 

 

 

Ümummili lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və “Azərkitab-Kitab Təbliğatı” Mərkəzinin fəaliyyətə başlamasının 2 illiyinə həsr olunan 2-ci kitab festivalında çıxış edən millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva tədbirin əhəmiyyətini vurğulayıb, tədbirin təşkilatçılarına təşəkkür edib. Ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinin hər zaman təhsilli, savadlı, mütaliəyə, kitaba meylli olmasını istədiyini deyib və kitab festivalının məhz ümummilli lider H.Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmasını təqdirəlayiq hesab edib. Kitaba meylliyinin artmasının xalqımız üçün böyük önəmindən danışan millət vəkili Q.Paşayeva  ailələrə, müəllimlərə, ziyalılara, dövlət qurumlarına və özəl təşkilatlara müraciət edərək kitab oxumağa meylliyin artmasında daha da fəal olmalıyıq deyib. “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!” Millət vəkili Qənirə Paşayeva valideynləri və müəllimləri də gənclərin kitab oxumasına meylliyinin artması istiqamətində fəal olmağa çağırıb: “Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması istiqamətində daha çox işlər və layihələr həyata keçirməliyik,”, – millət vəkili Qənirə Paşayeva deyib. “Azərkitab-Kitab Təbliğatı” Mərkəzinin fəaliyyətə başlamasının 2-ci illiyi münasibətilə də təbrik edib, bu kimi tədbirlərin davamlı olaraq keçirilməsini və uğurlar diləyib. Tədbir çərçivəsində millət vəkili Q.Paşayevanın müəllifi olduğu kitabların imza günü də keçirilib. Millət vəkili 300-dən çox insana kitablarını imzalayıb və onlarla söhbət edib, kitabları ilə bağlı sualları cavablandırıb.


Comments are closed.