Qənirə Paşayeva Əməkdar artistlə görüşdü

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva tanınmış aktyor, Azərbaycan Respublikasının Əməkdar artisti Mirzə Ağabəyli ilə görüşüb, onu 70 illik yubileyi münasibətilə təbrik edib. Görüş zamanı teatr və kino sahəsindəki vəziyyətlə bağlı da geniş fikir mübadiləsi aparılıb. Komitə sədri Qənirə Paşayeva dəyərli aktyora həyatında və fəaliyyətində bundan sonra da böyük uğurlar diləyib.