Qənirə Paşayeva 500 şagirdə kitab hədiyyə etdi

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva parlamentdə təmsil etdiyi Tovuz rayonunun orta məktəblərində təhsil alan 500 şagirdə onların maraq dünyasına və yaşına uyğun kitablar hədiyyə edib.

XALQ.AZ xəbər verir ki, kitablar təhsildə fərqlənən uşaqlara verilməsi üçün bir sıra məktəblərə hədiyyə edilib.

Əvvəllər də dəfələrlə kitab bağışlama aksiyası keçirən Qənirə Paşayeva bu dəfəki aksiyanı 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil edib.

Bu bayramların qlobal pandemiya ilə bağlı müəyyən məhdudiyyətlər şəraitində keçirildiyini qeyd edən Komitə sədri şagirdlərə və müəllimlərə 1000 ədəd qoruyucu maska da hədiyyə edib.

O, şagirdlərə öz şəxsi gigiyenalarına diqqət göstərməyi tövsiyə edib, virtual və ya teledərs formatında da olsa, dərslərdən geri qalmamağa çağırıb.