Qənirə Paşayeva beynəlxalq təşkilatları ittiham etdi

1

“ATƏT və BMT nümayəndələri cəbhə bölgəsində yaralanan mülki şəxlərə niyə baş çəkmirlər?”.
Xalq.az-ın məlumatına görə, bunu deputat Qənirə Paşayeva Milli Məclisin iclasında çıxışı zamanı deyib.

Tovuz rayonunda ermənilərin dinc insanları gülləyə tutmasından danışan deputat bildirib ki, Azərbaycan həmin vaxt rayonda baş verənlərə görə çox narahat olub. Amma beynəlxalq təşkilatlar ayrı vaxt Azərbaycanda baş verən bir hadisəyə görə, səslərini başlarına atırdılarsa, nədənsə bu dəfə susdular: “Burdan səslənib deyirəm ki, ATƏT və BMT Azərbaycandakı baş ofisləri nə üçün Azərbaycana mülki şəxsin yaralanması ilə bağlı heç bir açıqlama vermədilər? Bu bizi çox narahat edir. Amma eyni zamanda bu qurumlar öz hərəkətiləri ilə iç üzlərini ortaya qoyurlar. İkili standartlarda yanaşma nə qədər davam edəcəksə qurumlara insanların inamı da olmayacaq”.