Qənirə Paşayeva çağırış etdi

XALQ.AZ xəbər verir ki, Millət vəkili Qənirə Paşayeva 2-ci Türk Dünyası İstişarə Qurultayında Türk Dünyası aydınlarına çağırış edib.

Türk dünyasının müxtəlif dövlət və bölgələrindən millət vəkillərinin, alimlərin. aydınların, yazar, şair, KİV və QHT rəhbərlərinin rəhbərlərinin iştirak etdiyi, İstanbul “Ahde Vefa” Dərnyinin təşkil etdiyi 2-ci Türk Dünyası İstişarə Qurultayında çıxış edən millət vəkili Qənirə Paşayeva aydınlar qarşısında çıxış edərək Türk dünyasına Qarabağ, Kərkük, Ahıska, Bayırbucak çağırışı edib. Q.Paşayeva Azərbaycan və Türkiyə bir millət iki dövlətdir deyərək bu birliyin dosta da, düşmənə də bir mesaj olduğunu söyləyib. O, Azərbaycan və qardaş Türkiyənin hər zaman güclü olması ən böyük diləyimizdir deyib. Millət vəkili biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq deyib. Millət vəkili Qənirə Paşayeva “100 il sonra yeni bir Çanaqqaladan keçirik və inşallah dədələrimiz kimi biz də zəfər qazanacağıq”, – deyib. Q.Paşayeva dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq deyib. Q. Paşayeva Türk kökənli bütün insanlarımızı Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağıraraq, bunun vacibliyindən geniş danışıb. Millət vəkili Türk Dünyası aydınlarına, şair, yazar və KİV-lərinə səslənərək, topluma örnək olaraq, bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib:”Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq.” Bu gün Türk dünyasının müxtəlif bölgələrində Türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili: “Güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik,”-deyib. Bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edən millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva bildirib ki, qardaşlıq yaxşı gündə də, çətin gündə də birlikdə olmaqdır. O, Azərbaycan xalqının hər zaman qardaş Türkiyənin, digər Türk dövlət və toplumlarının yanında olduğunu da xüsusi vurğulayıb. “Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də buradakı insanımız qədər bizim, sizin yaşadığınız o gözəl yurdlarımız da sizin olduğu qədər də bizimdir, bizim də Vətənimizdir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti, məhz, bu ruh və düşüncəyə sahib olacaqlar”, -deyə millət vəkili qeyd edib. Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib:”Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Q. Paşayeva çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən də danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır: “Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə ailələrimizin, eləcə də aydın, şair, yazar və jurnalistlərin üzərinə çox böyük missiya düşür”,- deyə millət vəkili onları daha da fəal olmağa çağırıb. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva çıxışını “İnşallah, yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Bütün Türk, müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən sizi bu gün Suriyada Bayırbucakda, İraqda Təlafər, Kərkükdə, Krımda, Axısxada, Qarabağda, harada əziyyət çəkən insanımız varsa onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram. Bütün Türk, müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən sizi bu gün Suriyada Bayırbucakda, İraqda Təlafər, Kərkükdə, Krımda, Axısxada, Qarabağda, harada əziyyət çəkən insanımız varsa onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”- deyərək bitirib. Millət vəkili Q.Paşayeva tədbirdən sonra aydınlarla geniş fikir mübadiiləsi də aparıb və onlara özünün müəllifi olduğu kitabları hədiyyə edib.\

 

 

 

Orxan