Qənirə Paşayeva dünya qadınlarına çağırış etdi

Millət vəkili Qənirə Paşayeva Beynəlxalq Qadın tədbiri çərçivəsində dünyanın tanınmış qadın təşkilat rəhbələrinə işğalçı Ermənistanın törətdiyi vandalizm aktlarından danışıb və onlara çağırış edib.

XALQ.AZ  xəbər verir ki, Q.Paşayeva onlara Azərbaycan, onun tarixi, mədəniyyəti, bu günü, inkişafı, iqtisadi imkanları, qadınların cəmiyyətdə geniş rolu ilə bərabər Dağlıq Qarabağ problemi ilə də bağlı məlumatlar verib və fikir mübadiləsi aparılıb. Deputat bildirib ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yeridərək, Azərbaycanın 20 faiz torpağını işğal edib və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün 20 ildən artıqdır ki, öz yurd-yuvasına dönə bilmir.

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları və soyqırımlar, əsir və girov götürülmüş azərbaycanlılar, işğalçı ölkənin qeyri-qanunu girov saxlamaqda davam etdiyi azərbaycanlı məcburi köçkünlər Dilqəm Əsgərov və Şahbaz Quliyevbarədə məlumatlar verən millət vəkili Qənirə Paşayeva vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, Beynəlxalq Təşkilatların qətnamələrinə məhəl qoymur və100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün qadın, dünyanın harasında yaşamasından asılı olmayaraq, dünyada tanınmış təşkilat rəhbərləri, QHT və KİV rəhbərləri  qadınlarbaşda olmaqla dünyanın nüfuzlu, aktiv qadınlarının bu ədalətsizliyə sərt etiraz etməsini, öz yurd-yuvalarına dönmələri üçün onların dəstəyini və bu istiqamətdə səylərini gücləndirmələrini gözləyirlər.

Q.Paşayeva Azərbaycanda qaçqın və məcburi köçkünlərin, qadınların və uşaqların problemlərinin həlli istiqamətində görülən işlər barədə də danışıb. O, görüşlər zamanı Azərbaycanda qadın məsələləri ilə bağlı vəziyyətlə də bağlı məlumat verib.

Millət vəkili ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınların cəmiyyətdə rolu ilə bağlı da danışıb və fikir mübadiləsi olub. İqtisadiyyatda, biznesdə qadınların rolunun getdikcə artdığını da deyən millət vəkili qadınların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan dövlətinin siyasətində önəmli yer tutduğunu vurğulayaraq, gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlər gözlənildiyini deyib.

Q.Paşayeva görüşlər zamanı prezident İlham Əliyevin rəhbərliyi ilə qadınlar, uşaqlar, təhsil, mədəniyyət vədigər sahələrdə həyata keçirilən layihələr və onların uğurlu nəticələri barədə də məlumatlar verib. Azərbaycanın iqtisadi və turizm inkişafı barədə  də məlumatlar verən deputat tanınmış təşkilat, QHT və KİV rəhbərləri qadınları Azərbaycana dəvət edib. Onlar dəvəti böyük məmuniyyətlə qəbul edərək böyük məmnuniyyətlə Azərbaycana səfər etmək vədaha yaxından tanımaq istədiklərini bildiriblər.

Millət vəkili görüşlərdə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ, Xocalı soyqırımı həqiqətlərini özündəəks etdirən xarici dillərdə hazırlanmış  kitab, sənədli film və materialları xarici ölkələrin fəal xanımlarına təqdim edib.

 

1

1

1

1

1

1

1
Orxan