Qənirə Paşayeva Fəxri üzv seçildi

Millət vəkili Q.Paşayeva Türkiyə Dil və Ədəbiyyat Qurumunun Fəxri Üzvü seçilib.

 

Ərzurumda səfərdə olan millət vəkili, siyasi elmlər doktoru Q.Paşayevaya Türkiyə Dil və Ədəbiyyat Qurumunun Fəxri Üzvlüyü təqdim olunub. Türkiyə Dil və Ədəbiyyat Qurumunun Ərzurum bölüm başqanı Murat Ertaş millət vəkili, siyasi elmlər doktoru Q.Paşayevanın Azərbaycan -Türkiyə qardaşlığının daha da güclənməsi, türk dünyasının birliyi istiqamətində fəaliyyətindən danışıb, onun Türk dili və ortaq ədəbiyyatımızla bağlı məsələlərə hər zaman fəal dəstək verdiyini xüsusi vurğulayıb və təkilatın qərarı ilə Fəxri Üzv adına layiq gördüklərini deyib. Bu etimad üçün təşkilat rəhbərliyinə və bütün ziyalılara təşəkkürünü bildirən millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva bu etimadı doğrultmaq üçün bundan sonra da hər zaman fəal çalışacağını deyib. Millət vəkili Q.Paşayeva Türkiyə Dil və Ədəbiyyat Qurumunun Ərzurum şöbəsinin rəhbəri Murat Ertaş, təşkilatınüzvləri və Ərzurum aydınları ilə də görüşüb. Görüş zamanı Azərbaycan, Azərbaycan-Türkiyə münasibətləri, Qarabağ həqiqətləri ilə bağlı tədbirlərin Ərzurumda  daha da artmasının vacibliyi ilə bağlı müzakirələr olub. Görüşdə iki qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən ədəbiyyat sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluq ifadə olunub. Millət vəkili onlara Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı geniş məlumatlar verib, bu istiqamətdə fikir mübadiləsi aparılıb. Q.Paşayeva Türkiyə Dil və Ədəbiyyat Qrumunun  rəhbərliyinə və üzvlərinə Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, kitablar, filmlər, həmçinin özünün həmmüəllifi olduğu kitablar hədiyyə edib. Millət vəkili Q.Paşayeva həmçinin Ərzurumda yaşayan və təhsil alan bir sıra azərbaycanlılarla da görüşüb, fikir mübadiləsi olub. Millət vəkili Azərbaycanın bu vilayətdə təbliği və Qarabağ həqiqətlərinin burada daha geniş yayılmasında onların üzərinə böyük vəzifələr düşdüyünü xüsusi vurğulayıb.