Qənirə Paşayeva görüş keçirdi

Millət vəkili Q.Paşayeva Şimali Makedoniya rəsmiləri və Balkan ölkələri təmsilçiləri ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb.  
   Şimali Makedoniyaya səfər edən millət vəkili Q.Paşayeva bu ölkənin Mədəniyyət naziri Hüsnü İsmail ilə görüşüb. Görüş zamanı Azərbaycanla əməkdaşlığın genişlənməsinə böyük əhəmiyyət verdiklərini qeyd edən Şimali Makedoniyanın Mədəniyyət naziri Hüsnü İsmail bildirib ki, Azərbaycan və Şimali Makedoniya arasında bütün sahələrdə əməkdaşlıq genişlənir və ölkəsi dost Azərbaycanla bütün sahələrdə əməkdaşlığın daha da genişlənməsində çox maraqlıdırlar. Q.Paşayeva görüşdə Ermənistanın törətdiyi vandalizm aktlarından, beynəlxalq ictimaiyyətin bununla bağlı etirazını bildirməsinin vacibliyindən danışıb. Şimali Makedoniyanın mədəniyyət naziri iki dost ölkə arasında əməkdaşlığın daha da genişlənməsində hökumətlə yanaşı millət vəkilləri, qeyri-hökumət təşkilatları və biznes qurumları arasında əməkdaşlığın genişlənməsinin də böyük əhəmiyyət daşıdığını vurğulayıb və geniş fikir mübadiləsi aparılıb.  Millət vəkili Qənirə Paşayeva Şimali Makedoniya Türk Milli Birlik Hərəkatı Partiyasının sədri Ərdoğan Saraç ilə də görüşüb. Azərbaycan ilə Şimali Makedoniya arasında münasibətlərin bütün sahələrdə daha da genişləndiyini qeyd edən millət vəkili Qənirə Paşayeva ikitərəfli əlaqələrin inkişafında qanunverici orqanların rolunu xüsusi vurğulayıb. Q.Paşayeva Azərbaycanın  Şimali Makedoniya ilə münasibətlərin inkişafına önəm verdiyini, bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını deyib. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırımı törətməsi, Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımlarının Şimali Makedoniya cəmiyyətində daha da geniş yayılmasına böyük ehtiyac  olduğunu deyən millət vəkili Qənirə Paşayeva bu istiqamətdə Türk Milli Birlik Hərəkatı Partiyasının gördüyü işlərə görə Ərdoğan Saraça təşəkkür edib.  O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün türklər Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarını, erməni yalanlarını və Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması üçün səylərini daha da artırmalıdırlar. Millət vəkili Azərbaycan həqiqətlərinin Şimali Makedoniya ictimaiyyətinə daha geniş çatdırılması istiqamətində Türk Milli Birlik Hərəkatı Partiyasının öz səylərini bundan sonra da daha da artıracağına inandığını da deyib. “Azərbaycanın dərdi bizim dərdimizdir”, – deyən Ərdoğan Saraç Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının və soyqırımların Şimali Makedoniya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində gördükləri işlərdən danışıb və bu istiqamətdə fəaliyyəti bundan sonra daha da sürətləndirəcəklərini bildirib. O deyib ki, o  bu məsələni daim gündəmdə saxlayır və saxlayacaqlar. O, Azərbaycan türkləri ilə Şimali Makedoniya türkləri arasında əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində böyük imkanları nəzərə alaraq ikitərəfli səylərin daha da artırılmasının vacibliyini vurğulayıb. Ərdoğan Saraç Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, eyni zamanda Azərbaycan həqiqətlərinin yayılması istiqamətində öz səylərini bundan sonra daha da artıracaqlarını bildirib. Millət vəkili Q.Paşayeva Şimali Makedoniyada MATÜSİTEB – Makedoniya Türk Sivil Toplum Teşkilatları  Birliğinin rəhbərliyi və üzvləri, Şimali Makedoniyada yaşayan Türk icmasının fəalları, siyasətçiləri, QHT və KİV təhbərləri ilə də görüşüb və geniş fikir mübadiləsi aparılıb. Millət vəkili Q.Paşayeva bildirib ki, Azərbaycanla bağlı, Qarabağ problemi, Xocalı soyqırımı ilə bağlı məlumatların bu ölkədə daha da geniş yayılmasında qardaş-bacılarımızdan səyləri daha da artırmalarını gözləyirik. Azərbaycanla bağlı, Qarabağ həqiqətlərinə dair Makedoniya dilində kitabın nəşr olunması, əməkdaşlığın daha da genişlənməsi istiqamətində konkret layihələr ətrafında geniş müzakirələr aparılıb. MATÜSİTEB – Makedoniya Türk Sivil Toplum Teşkilatları  Birliğinin rəhbvərliyi və üzvləri, Makedoniyada yaşayan Türk icmasının fəalları, siyasətçiləri, QHT və KİV rəhbərləri Azərbaycan və Makedoniya arasında əlaqələrinin daha da artması üçün daha da fəal çalışacaqlarını deyiblər. Millət vəkili Q. Paşayeva Şimali Makedoniyaya səfəri çərçivəsində qardaş Türkiyənin Makedoniyadakı səfirliyini də ziyarət edib və Türk dünyası, birliyin güclənməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb. Görüşün sonunda Türkiyənin Makedoniyadakı səfirliyinə Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətləri ilə bağlı materiallar hədiyyə edilib. Millət vəkili Q.Paşayeva Şimali Makedoniyada keçirilən 5-ci Yahya Kemal Beyatlı Şiir Festivalı üçün bu ölkəyə səfər edən Balkan ölkələrinin ictimai-siyasi xadimləri, şairləri, yazarları, aydınları, QHT və KİV rəhbərləri ilə də görüşüb və geniş fikir mübadiləsi aparılıb. Görüşlər zamanı Azərbaycan türkləri ilə Balkan ölkələrində yaşayan türklər arasında əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsi  istiqamətində səylərin daha da artırılmasını vacibliyi, bu ölkələrdə Azərbaycan həqiqətlərinin daha da geniş yayılmasının önəmi vurğulanıb və konkret layihələr ətrafında müzakirələr aparılıb.

Orxan