Qənirə Paşayeva görüş keçirib

Millət vəkili prof.dr. Qənirə Paşayeva Rusiya Federasiyasının Başqurdistan Respublikasının “Başqurdistan qızları” (“Башкортостан кызы”) jurnalının baş redaktrou, “Aqidel” (“Агидель”) jurnalının əməkdaşı, filologiya elmləri üzrə fəlsəfə doktoru, dövlət mükafatı laureatı, tanınmış yeni nəsil başqurd yazarı Gülnaz Kutuyeva ilə görüşüb.

Başqurd baş redaktorunu Azərbaycanda görməkdən məmnun olduğunu bildirən millət vəkili, yazarlar arasında sıx əlaqələrin,vətəndaş cəmiyyəti institutları arasında işbirliyinin ölkələrarası əlaqələrdə özünəməxsus önəm daşıdığını bildirib.

Qardaş ölkənin xanım baş redaktoruna Azərbaycan həqiqətlərindən, Ermənistanın elan olunmamış müharibəsinin acı nəticələrindən, Xocalı soyqırımından,qaçqın-məcburi köçkün qadınların, yazarların qayğılarından danışan Q. Paşayeva, bir neçə dildə yenidən nəşrə hazırlanan “Qarabağ hekayələri”nin başqurdcada çıxması təklifini irəli sürüb.

Q.Paşayeva başqurd yazarına Azərbaycan mədəniyyətini əks etdirən kitablar, eləcə də, yeni Azərbaycan brendi olan ABAD-ın istehsalı olan,milli rəmzlərimizlə süslənmiş hədiyyə təqdim edib.

Maraqlı fikir mübadiləsi ortamında keçən görüşdən, ümumən Azərbaycana ilk səfərindən, azərbaycanlı qonaqpərvəliyindənçox məmnun qaldığını deyən başqrud baş redaktoru, bu ilk səfərinin əsas məqsədinin Naftalanda sanator müalicə kursu keçməklə bağlı osla da,Bakıda QHT və KİV təmsilçiləri ilə görüş fürsəti üçün, ona vaxt ayırdığı, diqqət göstərdiyi üçün millət vəkilinə təşəkkür edib. G.Kutuyeva qarşılıqlı kitab nəşri ideyasının bir an öncə həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəciyini deyib. – Millət vəkilinin təklifi ilə Başqurdistanın hərtərəfli tanıtım kitabının Bakıda və Qarabağ yaşantılarını əks etdirən hekayələr toplusunun Ufada nəşrinin yaxşı başlanğıc olacağını bildirib.

Sonra xanım baş redaktor millət vəkilinin müşayiəti ilə Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını ziyarət edib, İçərişəhərlə, Ədəbiyyat Muzeyi ilə yaxından tanış olub.

Görüşdə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin rəhbəri Arzu Bağırova iştirak edib.

Görüşdə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin rəhbəri Arzu Bağırova iştirak edib.

image description
image description

image description

image description