Qənirə Paşayeva görüş keçirib

Deputat Qənirə Paşayeva Fransanın əmək naziri Muriel Penicaud və Fransanın fəal qadın lider və siyasətçilərindən olan sabiq Təhsil, Ali Təhsil, Araşdırmalar və Qadın haqları, şəhər məsələləri, Gənclər və İdman naziri işləmiş xanım Najat Vallaud-Belkacem və Fransanın bir sıra fəal qadın təşkilat rəhbərləri ilə görüşüb.

XALQ.AZ  xəbər verir ki, görüşlər zamanı Azərbaycan-Fransa münasibətlərinin, eləcə də iki ölkənin parlamentlərarası münasibətlərinin inkişafı xüsusi məmnunluqla qeyd edilib.

Bu münasibətlərin inkişafında Azərbaycan-Fransa parlamentlərarası Dostluq Qrupunun rəhbəri olmuş, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyevanın rolu, onun Azərbaycan tarixi, mədəniyyəti və həqiqətlərinin Fransa ictimaiyyətinə daha geniş çatdırılması sahəsində, Azərbaycan-Fransa mədəniyyət əlaqələri də daxil olmaqla bütün istiqamətlərdə gördüyü önəmliişlər xüsusi vurğulanıb.

Görüş zamanı Q.Paşayeva Fransanın əmək naziri Muriel Penicaud və Fransanın fəal qadın lider və siyasətçilərindən olan sabiq Təhsil, Ali Təhsil və Araşdırmalar və Qadın haqları, şəhər məsələləri, Gənclər və İdman naziri işləmiş xanım Najat Vallaud-Belkacem və Fransanın bir sıra fəal qadın təşkilat rəhbərlərinə Azərbaycanda qadın haqları, qadınların cəmiyyətdə rolunun genişlənməsi istiqamətində görülən işlər,Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələr üzrə həyata keçirilən önəmli layihə və islahatlar, əldə edilən uğurlar, Azərbaycanın iqtisadi və turizm potensialı, mədəniyyət zənginliyi, multukultural dəyərlərə sahibliyi ilə bağlı, xüsusilə Qarabağ həqiqətləri ilə bağlı məlumatlar verib.

Millət vəkili Ermənistanın işğalçılıq siyasəti nəticəsində 20 ildən artıqdır ki, öz evinə dönə bilməyən azərbaycanlı məcburi köçkün qadınlar barədə də danışıb.

Q.Paşayeva onlara görüşlərinsonunda onlara Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə hazırlanmış Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ, Xocalı soyqırımı həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları təqdim edib və onları ölkəmizə dəvət edib. Azərbaycanla əməkdaşlığa önəm verdiklərini deyən Fransanın əmək naziri Muriel Penicaud və Fransanın fəal qadın lider və siyasətçilərindən olan sabiq Təhsil, Ali Təhsil, Araşdırmalar və Qadın haqları, şəhər məsələləri, Gənclər və İdman naziri işləmiş xanım Najat Vallaud-Belkacem və Fransanın bir sıra fəal qadın təşkilat rəhbərləri Azərbaycanla əməkdaşlığın daha da genişlənməsini vacib saydıqlarını və bu istiqamətdə əlaqəlrin və işlərin daha da genişlənəcəyini deyiblər.

 

Orxan