Qənirə Paşayeva Mərakeşli nazirlə görüşüb

merakes
Millət vəkili Qənirə Paşayeva Fransada Mərakeşin Ailə, Qadın və Sosial İnkişaf naziri Bassima Hakkaoui  ilə görüşüb.

XALQ.AZ-a verilən məlumata görə, millət vəkili Azərbaycanın Mərakeşlə bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu bildirib və iki ölkə arasında əməkdaşlığın getdikcə daha da artmasının sevindirici hadisə olaraq qiymətləndirib.  Azərbaycan parlamentinin Mərakeşlə  əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan millət vəkili parlamentlərarası əməkdaşlığın daha da genişləndiyini və bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmuniyyət yaratdığını deyib. Görüş zamanı millət vəkili Qənirə Paşayeva onlara Azərbaycanla bağlı, xüsusilə də Azərbaycan həqiqətləri , 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Millət vəkili QənirəPaşayeva  Mərakeşin Ailə, Qadın və Sosial İnkişaf naziri Bassima Hakkaouiyə  Azərbaycan həqiqətlərini, ermənilərin dinc azərbaycanlılara qarşı 20-ci əsrin əvvələrində vəsonlarında törətdiyi soyqırımları, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdriən “Azərbaycan Həqiqətləri” filmləri kataloqunu və materialları təqdim edib. Millət vəkili nümayəndə heyətinə Azərbaycan mədəniyyətinə aid kitablar, sənədli filmlər də təqdim edib.

Q.Paşayeva xanım naziri hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və onları Azərbaycana dəvət edib. Mərakeşin Ailə, Qadın və Sosial İnkişaf naziri Bassima Hakkaoui Azərbaycana səfər etməkdən məmun olacağını bildirib və Mərakeş Krallığının Azərbaycanla bütün sahələrdə, o cümlədən rəhbərlik etdiyi sahədə də münasibətlərin inkişafına böyük önəm verdiyini qeyd edib. İki ölkə arasında qarşılıqlı dəstəyin vacibliyinə diqqət çəkən nazir beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişlənməsinin önəmini də vurğulayıb və bu əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğuna diqqət çəkərək qarşılıqlı səfərlərin və iş birliyinin artmasının önəmini qeyd edib.  İki ölkənin qadın siyasətçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğu xüsisi vurğulanıb.