Qənirə Paşayeva ön cəbhədə əsgərlərlə görüşüb

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva ön cəbhədə əsgərlərlə görüşüb.

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin və Tərtər rayon icra hakimiyyətinin dəstəyi və təşkilatçılığı ilə Novruz bayramı münasibətilə rayonun N saylı hərbi hissəsində əsgər və hərbçilərlə görüş keçirilib. İlk öncə hərbi hissənin komandiri çıxış edərək hərbçi və əsgərləri Novruz Bayramı münasibətilə təbrik edib və onlara xoş arzularını çatdırıb. Əsgər və hərbçilər qarşısında çıxış edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva əsgər və zabitləri xalqımızın ən qədim və müqəddəs bayramlarından olan Novruz bayramı münasibətilə təbrik edib və ən xoş arzularını bildirib. Millət vəkili Qənirə Paşayeva deyib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır. “Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda dalğalanacaq. İnşallah gələn bayramlarımızı işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Şuşada, Xankəndində, Xocalıda və işğal altında olan digər o gözəl bölgələrimizdə qeyd edək”,- deyib. Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova əsgərləri Novruz bayramı münasibətilə təbrik ediblər və onlara vətənimizin keşiyində daim məğrur durmalarını arzu ediblər.Daha sonra millət vəkili Qənirə Paşayeva əsgər və zabitlərə müəllifi olduğu kitabları imzası ilə hədiyyə edib. Sonda hərbi hissənin rəhbərliyi çıxış edib, qonaqlara təşəkkür edərək, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını, əsgər və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib, düşmən üzərində qələbənin uzaqda olmadığını bildirib. Tədbirdə şəhid analarının və şəhid ailələrinin iştirakı və çıxışı xüsusi duyğulu anlar yaşadıb. Millət vəkili Qənirə Paşayeva və digər qonaqlar əsgər və zabitlərlə birlikdə nahar ediblər. Sonra tədbir bədii hissə və konsert proqramı ilə davam edib. Sonra bayram tonqalı yandırılıb və tədbir iştirakçıları gələn bayramlarımızı bayramlarımızı Ali Baş Komandanımız, cənab Prezident İ.Əliyevin rəhbərliyi altında işğaldan azad edəcəyimiz Xankəndi, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək deyiblər. Millət vəkili Q.Paşayeva və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova Tərtər rayonunda məcburi köçkünlər üçün təşkil edilən tədbirdə də iştirak ediblər, onları Novruz bayramı münasibətilə təbrik ediblər, “öz evlərindən zorla qovulmuş məcburi köçkün bacı və qardaşlarımız gələn il öz evlərində bayram süfrələrini qura bilsinlər. Bax bu bayram tonqallarını Cıdır düzündə yandıraq”,- deyiblər.

Qənirə Paşayeva ön cəbhədə əsgərlərlə görüşüb-
Qənirə Paşayeva ön cəbhədə əsgərlərlə görüşüb-
Qənirə Paşayeva ön cəbhədə əsgərlərlə görüşüb-
Qənirə Paşayeva ön cəbhədə əsgərlərlə görüşüb-
Qənirə Paşayeva ön cəbhədə əsgərlərlə görüşüb-
Qənirə Paşayeva ön cəbhədə əsgərlərlə görüşüb-
Qənirə Paşayeva ön cəbhədə əsgərlərlə görüşüb-
Qənirə Paşayeva ön cəbhədə əsgərlərlə görüşüb-
Qənirə Paşayeva ön cəbhədə əsgərlərlə görüşüb-
Qənirə Paşayeva ön cəbhədə əsgərlərlə görüşüb-
Qənirə Paşayeva ön cəbhədə əsgərlərlə görüşüb-
Qənirə Paşayeva ön cəbhədə əsgərlərlə görüşüb-
Qənirə Paşayeva ön cəbhədə əsgərlərlə görüşüb-
Orxan