Qənirə Paşayeva Pakistana təşəkkür etdi

“Rəhbərlik etdiyim Azərbaycan-Pakistan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupu adından Pakistan İslam Respublikasının Senatına Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribatı barədə məktub ünvanlanmışdır. Məktubumuz Pakistan İslam Respublikası Senatında Azərbaycanla dostluq qrupunun rəhbəri Məhəmməd Talha Mahmud tərəfindən cavablandırılmışdır”.

XALQ.AZ xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib. Onun sözlərinə görə, senator Məhəmməd Talha Mahmud məktubunda Azərbaycana dəstəyini ifadə etmiş, Ermənistan silahlı qüvvələrinin təxribatını kəskin qınamış, General Mayor Polad Həşimov və Polkovnik İlqar Mirzəyev başda olmaqla qəhrəman şəhidlərimizə Allahdan rəhmət dilədiklərini bildirmişlər.

“Qardaş Pakistan daima olduğu kimi bir daha Azərbaycanla birlikdə olduğunu ifadə etmişdir.Qardaş Pakistana bir daha təşəkkür edirik”!

XALQ.AZ