Qənirə Paşayeva paralimpiyaçıları təbrik etdi

Millət vəkili Qənirə Paşayeva boccia idman növü üzrə paralimpiya komandasının üzvləri ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, millət vəkili paralimpiyaçıları İtaliyada keçirilən beynəlxalq səviyyəli Açıq Regional Çempionatda bir qızıl, üç bürünc medal qazanmaları münasibətilə təbrik edib.

“Ölkə rəhbərinin uğurlu sosial siyasətinin bir istiqaməti kimi əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası istiqamətində aparılan işlər ölkədə paralimpiya hərəkatının böyük uğurlara imza atmasına imkan yaradıb. Fiziki imkanlı şəxslərin idmanla məşğul olması və beynəlxalq yarışlarda iştirak etmələri çox təqdirəlayiqdir”, – Q.Paşayeva bildirib.

Boccia Federasiyasının Baş katibi və boccia üzrə millinin baş məşqçisi İlham Məhərrəmov, komandanın üzvləri hər zaman onlara göstərilən dövlət qayğısından və diqqətdən məmnunluqlarını ifadə ediblər.

 

 

Orxan