Qənirə Paşayeva Qırğızıstan parlamentinin spikeri ilə görüşüb

Qenire

Millət vəkili Qənirə Paşayeva Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində Qırğızıstan parlamentinin spikeri Asilbek Jeenbekov və vitse-spikeri Asiya Sasykbaeva və spikerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Millət vəkili Qənirə Paşayeva Qırğızıstan Parlamentinin sədri Asilbek Jeenbekov Qırğızıstanın Avropa Şurasında “Demokratiya üzrə tərəfdaş”status alması münasibəti ilə təbrik edib.

Azərbaycanın Qırğızıstanın bu status almasında əlindən gələn dəstəyı göstərdiyini vurğulayan millət vəkili Qənirə Paşayeva çox önəmli olan bu əməkdaşlığın uğurlu inkişafını diləyib. Qənirə Paşayeva Azərbaycanın hər zaman dost, qardaş Qırğızıstanın inkişafında maraqlı olduğunu, ölkəmizin bütün istiqamətlərdə Qırğızıstanla əməkdaşlığın inkişafına önəm verdiyini söyləyib. Qırğızıstan-Azərbaycan əlaqələri, hər iki qardaş-dost ölkənin parlamentləri və arasında qarşılıqlı əməkdaşlığın getdikcə daha da artmasının məmuniyyətverici olduğunu deyən Qənirə Paşayeva beynəlxalq təşkilatlarda parlament nümayəndə heyətləri arasında da əməkdaşlığın daha da genişlənməsini vacibliyini vurğulayıb. Qırğızıstan parlamentinin spikeri Asilbek Jeenbekov Azərbaycan ilə Qırğızıstan arasında həm ikitərəfli, həm də parlament səviyyəsində əlaqələrin daha da genişləndirilməsi istiqamətində səyləri bundan sonra da davam etdirəcəklərini bildiriblər. Azərbaycanı qardaş ölkə adlandıran Qazaxıstan Parlamentinin spikeri Asilbek Jeenbekov Azərbaycana, qurumdakı Azərbaycan nümayəndə heyətinə ölkəsinin AŞPA-da “Demokratiya üzrə tərəfdaş” statusunun alınması üçün verdiyi dəstək, Assambleyada Azərbaycan heyətinin dəstək çıxışları üçün təşəkkür edərək bütün beynəlxalq təşkilatlar çərçivəsində parlament heyətləri arasında əməkdaşlığın daha da genişlənməsinin önəminə toxunub və bu istiqamətdə səylərin daha da artacağını deyib. Qırğızıstan parlamentinin spikeri Asilbek Jeenbekov və vitse-spikeri Asiya Sasykbaeva millət vəkili Qənirə Paşayevanı Qırğızıstana dəvət edib. Millət vəkili Qənirə Paşayeva dəvəti məmnuniyyətlə qəbul edərək qardaş Qırğızıstana gəlməkdə, həmkarlarımızla görüşüb müzakirələr aparmaqdan böyük məmnuniyyət duyacağını bildirib.

Qənirə Paşayeva da öz növbəsində Qırğızıstan parlamentinin spikerini, spikerini və bütün millət vəkili dostları təkrar Azərbaycanda görməkdən hər zaman məmnuniyyət duyarıq deyib. Qardaş Azərbaycana gəlməkdən hər zaman böyük məmnuniyyət duyduqlarını acaqlarını deyiblər.