Qənirə Paşayeva şəhid ailələri ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Mudafiə Nazirliyi Mədəniyyət Mərkəzi və”Şəhid övladları və kimsəsiz usaqlara yardim” İB-nin təskilatçılığı ilə şəhid pilot, mayor Təbriz Musazadəyə həsr olunmus tədbirdə çıxış edib, onun qəhrəmanlıq yolundan danışıb və gənclərə çağırış edib.

XALQ.AZ xəbər verir ki, tədbirdə şəhid anaları, qazilər, millət vəkilləri, şəhid T.Musazadənin ailə üzvləri, iş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak edib.

Q.Paşayeva çıxışı zamanı bu cür tədbirin keçirilməsi üçün təşəkkür edərək vurğulayıb ki, nə qədər ki, Azərbaycan xalqı var, qəhrəman şəhidlərimizin əziz xatirəsi heç vaxt unudulmayacaq və belə qəhrəman oğulları böyüdən sizin kimi ata-anaların qarşısında baş əyirik deyib.

Q.Paşayeva vbildirib ki, Təbriz Musazadənin ömür yolu bugünki gənclərə əsl örnəkdir. Nə qədər ki, Azərbaycan xalqı var, belə oğulların əziz xatirəsi heç vaxt unudulmayacaq.

Millət vəkili Q.Paşayeva televiziyalara çağırış edərək qəhrəman şəhidlərimiz haqqında hazırlanan filmlərin televiziyalarda tez-tez nümayişinə çağırıb.

Torpaqlarımızın 20 faizi hələ də düşmən işğalı altındadır və gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi üçün Təbriz Musazadə kimi qəhrəmanların həyat yolundan gənclərimiz örnək almalıdır, böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün ziyalılarımız, müəllimlərmiz, hər birimiz fəal olmalıyıq deyib, qəhrəman şəhidlərimiz haqqında çəkilən bu cür filmlərin orta məktəblərdə uşaqlarımıza, böyüyən gəncliyimizə nümayiş olunmasının vacibliyini qeyd edib.

Şəhidimizlə bərabər onun ailəsi qarşısında da baş əyirik deyən millət vəkili Q.Paşayeva dövlətimiz və xalqımız hər zaman yanınızdadır deyib.

Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran millət vəkili Q.Paşayeva böyüyən gənclərimizin qəhrəman şəhidlərimizi daha yaxından tanıması və örnək alması üçün işlərin daha da artacağına inandığını deyib.

Millət vəkili Q.Paşayeva çıxışında bildirib ki, biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər.

Q. Paşayeva “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”- deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi deyən millət vəkili Q.Paşayeva hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz deyib.

Qənirə Paşayeva qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm deyərək gəncləri Təbriz Musazadə kimi qəhrəmanlardan Vətən sevgisi örnəyini almağa çağırıb və tədbir təşkilatçılarına öz təşəkkürünü bildirib.

Millət vəkili Q.Paşayeva bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz deyərək ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə də geniş fikirlərini söyləyib.

Tədbir çərçivəsində millət vəkili Q.Paşayeva şəhid ailələri ilə görüşüb, hər zaman yanınızdayıq deyib.