Qənirə Paşayeva Sarkisyanın törətdiyi cinayətləri ifşa etdi

AŞPA Azad Demokratlar Qrupu toplantısında çıxış edərək işğalçı Ermənistanın prezidenti Serj Sarkisyanın AŞPA-ya çıxış üçün dəvət olunmasına etirazımızı bildirıb.

XALQ.AZ xəbər verir ki, bu barədə Millət Vəkili saytımıza açıqlamasında deyib:   AŞPA Azad Demokratlar Qrupu toplantısında çıxış edərək işğalçı Ermənistanın prezidenti Serj Sarkisyanın AŞPA-ya çıxış üçün dəvət olunmasına etirazımızı bildirdim. Çıxışımda vurğuladım ki Serj Sarkisyan AŞPA üzvü olan Azərbaycanın torpaqlarını işğal etmiş və 25 ildir ki işğalda saxlayan, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönməsinə imkan verməyən, Xocalı soyqırımını törədən bir ölkənin prezidentidir. Eyni zamanda Sarkisyanın birbaşa bu dəhşətli cinayətlərdə əli olduğunu vurğulayaraq bildirdim ki məhz o prezident kimi AŞPA-nın Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyi, köçkünlərin öz evlərinə dönməsinə imkan verməyi tələb edən 1416 saylı qətnaməsini,Sərsəng su anbarı ilə bağlı qətnaməni yerinə yetirməkdən imtina edir. AŞPA qətnamələrini yerinə yetirməyərək işğalı davam etdirən bir prezidentin quruma dəvət olunaraq çıxış verilməsini kəskin qınadığımızı xüsusi vurğuladıq. Bildirim ki AŞPA ikili standartlardan əl çəkməlidir. Vurğuladıq ki AŞPA rəhbərliyi və grup adından çıxış edəcək həmkarımız məhz bu məsələləri Ermənistan prezidenti qarşısında sərt şəkildə qaldırmalıdır və ondan AŞPA qətnamələrinin yerinə yetirilməsini, qeyri-qanuni olaraq girov saxladıqları azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevin dərhal azadlığa buraxılmasını, ön cəbhə bölgələrində azərbaycanlı uşaqlara qaşı törətdikləri cinayətlərə son qoymalarını, bu cinayətləri törədənlərin ədalət qarşısında cavab verməsi məsələlərini tələb etməlidirlər. AŞPA üzvü olan Azərbaycanın xalqının, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlının, Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailəsinin, Ermənistanın qətlə yetirdiyi insanların, uşaqların ailələrinin Assambleyadan məhz bunu gözlədiklərini xüsusi vurğuladım və bildirdim ki ikili standartlar Azərbaycan xalqında bu təşkilata qarşı ciddi inamsızlıq yaradıb. Çünki Azərbaycan xalqı, öz evinə dönə bilməyən insanlar AŞPA-nın özünün qəbul etdiyi qərarların yerinə yetirilməsi üçün işğalçı ölkəyə ciddi təzyiq göstərməməsinə etiraz edirlər və onların səsimi AŞPA duymalıdır.”