Qənirə Paşayeva seçiciləri ilə onlayn görüşdü

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva son 6 gündə Tovuz rayonundan olan 150-dən artıq seçicisi ilə onlayn şəkildə görüntülü danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb.

XALQ.AZ-ın məlumatına görə, eyni zamanda deputatın köməkçisi tərəfindən 200-ə yaxın sayda müraciət dinlənilib.

Qənirə Paşayeva həmin məsələlər barədə də aidiyyatı qurumlara müraciətlər edib. Müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb. Bəzi seçicilərin müraciətləri ilə bağlı isə millət vəkili müvafiq qurumlara rəsmi müraciətlər göndərib.

Müzakirələr zamanı millət vəkili seçiciləri ilə koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb.

Qənirə Paşayeva eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi altında COVİD-19-un ölkəmizdə geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması və pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrə dəstək proqramları ilə bağlı da geniş məlumatlar verib.