Qənirə Paşayeva seçiciləri ilə online görüşlər keçirir

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 2 gün ərzində Tovuz rayon 105 saylı seçki dairəsindən olan 42 nəfər seçicisi ilə online şəkildə görüntülü danışıb, onların müraciətlərini, qayğılarını dinləyib və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb.

XALQ.AZ xəbər verir ki, müraciətlərin böyük bir hissəsi öz müsbət həllini tapıb. Bəzi müraciətlər ilə bağlı isə millət vəkili adından müvafiq qurumlara rəsmi müraciətlər göndəriləcəyi bildirilib.