Qənirə Paşayeva seçicilərlə onlayn görüş keçirdi

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 4 gündə Tovuz rayonundan olan 100-dən artıq seçicisi ilə online şəkildə görüntülü danışıb.

XALQ.AZ xəbər verir ki, xanım deputat onların müraciətlərini, qayğılarını dinləyib və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb.

Müraciətlərin böyük bir hissəsi öz müsbət həllini tapıb.

Qənirə Paşayeva bəzi seçicilərin müraciətləri ilə bağlı isə müvafiq qurumlara rəsmi müraciətlər göndərəcək.