Qənirə Paşayeva Sivasda-Fotolar-Video

 

Millət vəkili Qənirə Paşayeva Sivasda müəllifi olduğu kitablarının təqdimat mərasimində iştirak edib

 

 

 

 

 

 

 

 

 

 

Türkiyənin Sivas bölgəsində Q.Paşayevanın qardaş ölkədə çapdan çıxmış “Turan yolçusu” və “Aşk yolçusu” kitablarının təqdimatı və imzalanma mərasimi olub. İmza mərasimində çoxlu sayda ziyalılar, gənclər, jurnalistlər iştirak ediblər. Tədbirdə iştirak edənlərə və media mənsublarına təşəkkür edən millət vəkili Qənirə Paşayeva özəlliklə gənclərin imza mərasiminə qatılmasından məmnun olduğunu deyib. Bu kitabların gənclərimiz arasında türk dünyasını daha yaxşı tanımağa öz töhfəsini verə biləcəyini deyən millət vəkili daha sonra kitablarını oxucular üçün imzalayıb, gənclərin müəllifi olduğu kitablarla bağlı suallarını cavablandırıb.


Millət vəkili Q.Paşayeva Sivas Türk Ocaqlarında Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı konfrans verib

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sivasda səfərdə olan millət vəkili Q.Paşayeva Türk Ocaqlarında Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə bağlı konfrans verib. Bütün Müsəlman dünyasında ilk Cümhuriyyətin Azərbaycanda qurulmasından, Azərbaycanın qadınlara seçmək və seçilmək haqqını verən ilk dövlətlərdən biri, müsəlman şərqində ilk dövlət olmasından olmasından danışan millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva bu bizim qürur tariximizdir deyib və cümhuriyyət qurucuları, onların fədakarlıqlarından geniş danışıb və harada doğulub harada yaşamasından asılı olmayaraq Türk gənclərini onları daha geniş öyrənməyə çağırıb. Cümhiriyyətin həyata keçiridiyi böyük işlərdən, cümhuriyyət qurucuları böük aydınlar barədə, onların Türkiyəyə böyük sevgilıərindən danışan millət vəkili Q.Paşayeva bu böyük şəxsiyyətləri gənclərimizin dah ayaxından tanıması və örnək alması üçün Türk Ocaqları kimi təşkilatları, QHT, KİV və aydınları fəal olmağa çağırıb: ” Gənclərimizə babalarımızı, nənələrimizi daha yaxşı öyrətməyimiz lazımdır, o babalarımızda, nənələrimizdə Azərbaycan-Türkiyə ayrımı yoxdu, onların nə düşüncəsində, nə də hərəkətlərində, nə də etdiklərində ayrım yoxdu. Onların düşüncəsində və qəlbində Vətən vardı. O Vətən Türkiyədən Azərbaycana, Kərkükdən, Krımdan Türküstana qədər uzanırdı. Biz nə zaman Vətən anlayışını doğru qəbul etdik, birlik anlayışı içərisində olduq, uğur qazandıq. Biz Çanaqqalını birlik ruhumuzla qazandıq.”
Ermənilərin 100 il əvvəl Anadoluda, Türkiyənin və Azərbaycanın müxtəlif bölgələrində törətdiyi dəhşətli cinayətlərdən, 20-ci əsrin sonlarında Ermənistann işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi soyqırımlar, vandalism aktlarından xüsusi danışan millət vəkili Q.Paşayeva gəncləri bunları unutmamağa çağırıb. “Biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq. Cənab prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və dosta da düşmənə də çox önəmli mesaj oldu. Dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq”. O, bildirib ki, bu gün Türkiyədə bu cür konfransların keçirilməsi çox önəmlidir. “Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Bütün türk, müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən sizi bu gün Qarabağda, Suriyada Bayırbucaqda, İraqda, Təlafərdə, Kərkükdə, Krımda, Axısxada harada əziyyət çəkən insanımız varsa, onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”.


Millət vəkili Q.Paşayevanın Sivasda Qarabağ parkı və abdidəsi təklifini bələdiyyə başqanı dəstəkləyib və yaxın aylarda birlikdə açılışında iştirak edəcəyik deyib.

 

 

 

 

 

 

 

 

 

31 Mart soyqırımı, Qarabağ problemi ilə bağlı konfrans vermək üçün Sivasda səfərdə olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Sivas bələdiyyə başqanı Sami Aydın ilə görüşüb. Millət vəkili Q.Paşayevanın Sivasda Azərbaycan küçəsi və Qarabağ parkı və abidəsi açılması təklifini bələdiyyə başqanı dəstəkləyib, millət vəkilinə Sivasda yeni salınan böyük parkları göstərib və yeni açılacaq ən gözəl parka Qarabağ parkı  adı verilməsi və may ayında açılması qərarlaşdırılıb. May ayında açılacaq Qarabağ parkı, abidəsi və Azərbaycan küçəsinin dosta da, düşmənə də önəmli məsaj olacağını deyən millət vəkili Q.Paşayeva Sivas bələdiyyə başqanı ilə görüşdə qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyib. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib. Azərbaycanın sevinci sevincimiz, üzüntünüz üzüntümüzdür deyən bələdiyyə başqanı azərbaycanlı şəhidlərimizə Allahdan rəhmət diləyirik və Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Azərbaycanı çox sevdiyini deyən Sivas bələdiyyə başqanı ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr aparılıb. Sivas bələdiyyə başqanı Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan bölgələri ilə Sivas arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib. Bələdiyyə başqanı millət vəkilinin qardaş bələdiyyələr təklifini də dəstəkləyib və bu istiqamətdə yaxın zamanlarda addımlar atılacaq deyib. Millət vəkili Q.Paşayevanın Sivasda Azərbaycan Cumhuriyyətinin 100-cü ildönümü  ilə bağlı tədbirlərini keçirilməsi təklifini də bələdiyyə başqanı dəstəkləyib Millət vəkili Qənirə Paşayeva görüş zamanı Sivasda təhsil alan azərbaycanlı tələbələr barədə də bələdiyyə başqanına məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib. Q.Paşayeva bələdiyyə başqanını Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən bələdiyyə başqanı Sami Aydın Azərbaycana mütləq səfər edəcəyini bildirib. Millət vəkili Q.Paşayeva Sivas bələdiyyə başqanına Azərbaycanla bağlı materiallar, özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını və müəllifi olduğunu kitablarını hədiyyə edib.

 

 


Millət vəkili Qənirə Paşayevanın Sivasda Azərbaycan, Qarabağ həqiqətləri, ortaq tariximiz, ortaq mədəniyyətimiz ilə bağlı tədbirlərin keçirilməsi təklifini Sivas valisi dəstəkləyib

 

 

 

 

 

 

 

 

 

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Sivas valisi Davut Gül ilə görüşüb. Millət vəkili Qənirə Paşayevanın Sivasda Azərbaycan, Qarabağ həqiqətləri, ortaq tariximiz, ortaq mədəniyyətimiz ilə bağlı tədbirlərin keçirilməsi təklifini Sivas valisi dəstəkləyib. Görüş zamanı millət vəkili Q.Paşayeva Sivas valisi Davut Gülə qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyib. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib. Azərbaycanın sevinci sevincimiz, üzüntünüz üzüntümüzdür deyən vali Davut Gül azərbaycanlı şəhidlərimizə Allahdan rəhmət diləyirik və Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Millət vəkili Qənirə Paşayeva vali ilə söhbət zamanı Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verib. “Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik” –, deyə o bildirib. İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Sivas arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili Qənirə Paşayeva görüş zamanı Sivasda təhsil alan azərbaycanlı tələbələr barədə də valiyə məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib və valinin bundan sonra da hər zaman dəstək olacağına inandığını deyib. Millət vəkili Q.Paşayeva Sivas valisinə Azərbaycanla bağlı materiallar, özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını və müəllifi olduğunu kitablarını hədiyyə edib. Millət vəkili Q.Paşayeva həmçinin Sivas aydınları, QHT və KİV rəhbərləri, qadın və gənclər təşkilatları, burada yaşayan və təhsil alan azərbaycanlılarla da görüşüb və Qarabağ həqiqətlərinin daha geniş yayılması ətrafında müzakirələr olub. Millət vəkili KİV-lərə geniş müsahibələr verib, onların Azərbaycanla bağlı suallarını da cavablandırıb.