Qənirə Paşayeva Türk Dünyasına çağırış etdi-Video

 

 Millət vəkili Q.Paşayeva Sivas Cümhuriyyət Universitetində Qarabağ problemi, 31 Mart soyqırımı və Türk dünyası ilə bağlı konfrans verib.

 

Yüzlərlə tələbə və müəllimin iştirak etdiyi konfransda millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Türk dünyasına, dünyanın hər yerində yaşayan Türk diasporuna  və diaspor təşkilatlarına çağırış edib. O,  bir sıra ölkələrin qondarma erməni soyqırımını tanıyan ədalətsiz qərarlarından danışıb və dünyanın hər yerində yaşayan türk insanının bunlardan narahat olması gərəkdiyini bildirib, bu ədalətsizliyə hamımız harda doğulub harada yaşamasından asılı olmayaraq bütün türk kökənli insanlar öz etiraz səslərini ucaltmalıdır deyib. Həmin ölkələri kəskin tənqid edən millət vəkili Qənirə Paşayeva işğalçı bir ölkəyə işğal etdiyin Azərbaycan torpaqlarını azad et deməyən o siyasətçilərin bu məsələlərdən öz maraqları üçün istifadə etdiklərini deyib. “Tarixdə heç bir zaman türklər ermənilərə qarşı heç bir soyqırım törətməyiblər, tam əksinə ermənilər həm Anadoluda, həm də Azərbaycan torpaqlarında 20-ci əsrin əvvəlində və sonunda türk insanına qarşı soyqırımlar törədiblər”, – deyən millət vəkili “bir sıra ölkələrin  yalanları dəstəkləməsi, amma gerçəkləri görmək istəməmələri insanlarımızda böyük üzüntü yaratmaqla bərabər düşüncələrdə ciddi suallara da səbəb olmalıdır”, – deyib. Millət vəkili Qənirə Paşayeva 31 Mart soyqırımı, ermənilərin 100 il əvvəl azərbaycanlılara qarşı töpətydiyi soyqırımla bağlı geniş məlumatlar verib. “ 31  Mart soyqırımının 100-cü ildönümü, Xocalı Soyqırımının 26-cü ildönümü tamam oldu. Amma biz qondarma erməni soyqırımı yalanlarına dəstək verənlərin bu soyqırımlarla bağlı bir cümlə açıqlamasını belə eşitmədik? Ölənlər hansı millətdən olursa-olsun əvvəlcə insandı. Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Amma qondarma erməni qoyqırımı yalanlarını dəstəkləyənlər 1 milyon insanın öz evində yaşama hüququnun Ermənsitan tərəfindən pozulması, o insanların öz evlərinə dönməsinin vacibliyi ilə bağlı heç zaman danışmayıb. Atalarının belə görmədiyi hadisələrdən danışanlar bəs niyə hər şeyi gördükləri Xocalı üçün bir açıqlama vermirlər? Niyə Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsi, 1 milyon azərbaycanlının öz evinə dönməsinə imkan verməsi üçün təzyiq etmir, çağırış səsləndirmirlər? 31 Mart soyqırımı, Xocalı Soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər. Qondarma erməni soyqırımı iddiaları ilə millətimizə qarşı nələr edildiyi ortadadır. Bunlar ciddi mətləblərdən xəbər verir”, – deyən millət vəkili Qənirə Paşayeva dünyanın hər yerində türk insanı, gəncləri gerçəkləri görməli və dünyanın hər yerində yalanlara qarşı doğruları daha çox təbliğ edərək mübarizə aparmalıdırlar deyib. Özəlliklə Avropadakı türk diaspor təşkilatlarının bu cür açıqlamalara etiraz səsini ucaltmasının vacibliyinə toxunan millət vəkili Qənirə Paşayeva gəncləri sosial mediyada yalanlara qarşı mübarizədə aktiv olmağa və duyarlı olmağa çağırıb. “Diaspor təşkilatlarımız birlik və bərabərlik içində qondarma erməni soyqırımı yalanlarına qarşı artıq çox ciddi mübarizə aparmalıdırlar”, – deyən millət vəkili Qənirə Paşayeva “yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır vədünyanın hər yerində yaşayan türk kökənli insanlar 31 Mart – Dünya azərbaycanlılarına qarşı soyqırımı, Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar”, – deyib. “Biz 31 mart soyqırımı, Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik. Sizə və dünyanın hər yerində yaşayan qardaş-bacılarımıza səslənərək demək istəyirəm ki, buna nail olmayana qədər bizə rahatlıq olmamalıdır və hər birimiz öz yerimizdə bu istiqamətdə daha çox çalışmalıyıq” deyib.  Q.Paşayeva Azərbaycan və Türkiyə bir millət iki dövlətdir deyərək bu birliyin dosta da, düşmənə də bir mesaj olduğunu söyləyib. O, Azərbaycan və qardaş Türkiyənin hər zaman güclü olması ən böyük diləyimizdir deyib. Millət vəkili biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq deyib. Millət vəkili Qənirə Paşayeva “100 il sonra yeni bir Çanaqqaladan keçirik və inşallah dədələrimiz kimi biz də zəfər qazanacağıq”, – deyib. Q.Paşayeva dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq deyib. Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib:”Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Bütün Türk, müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən sizi bu gün Suriyada Bayırbucakda, İraqda Təlafər, Kərkükdə, Krımda, Axısxada, Qarabağda, harada əziyyət çəkən insanımız varsa onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”- deyərək bitirib. Sivas Cümhuriyyət Universitetinin rəhbərliyi konfransın əhəmiyyətini vurğulayaraq millət vəkili Qənirə Paşayevaya bu cür konfrans üçün təşəkkürlərini bildiriblər. Millət vəkili Qənirə Paşayevaya plaket təqdim edən Sivas Cümhuriyyət Universitetinin rəhbərliyi  onu yenidən universitetdə konfrans vermək üçün dəvət ediblər. Millət vəkili konfransda iştirak edən KİV-lərə geniş müsahibələr verib, onların Azərbaycanla bağlı suallarını da cavablandırıb, eyni zamanda tədbir iştirakçılarına müəllifi olduğu kitabları imzalı hədiyyə edib.

Advertisements

Report this ad
Report this ad