Qənirə Paşayeva Türkiyədə görüşlər keçirdi

Millət vəkili Qənirə Paşayeva türk dünyasının fəal qadınları, KİV rəhbərləri və alimləri ilə görüş keçirib.

XALQ.AZ xəbər verir ki, görüşdə Qarabağ həqiqətləri ilə bağlı geniş məlumat verilib.

O, görüş zamanı türk dünyasının müxtəlif yerlərində şəhid olmuş qəhrəmanlara rəhmət diləyib.

Türk kökənli insanların əziyyət çəkdiyi problemlərdən danışan deputat hər kəsi ədalətsizliklərə qarşı birgə və daha güclü mübarizəyə səsləyib.

Q.Paşayeva görüşdə Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından və soyqırımlarından da danışıb:

“Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman dəstək olmalıyıq. Bu məsələdə aydın, şair, yazar və jurnalistlərin üzərinə çox böyük missiya düşür. Bütün türk, müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq. Suriyada Bayırbucaqda, İraqda Təlafər, Kərkükdə, Krımda, Axıskada, Qarabağda əziyyət çəkən insanlarımıza əlimizdən gələn köməyi əsirgəməməliyik”.

 

Orxan


Comments are closed.