Qənirə Paşayeva yeni təşkilatın açılışında

02

 

 

Millət vəkili Qənirə Paşayeva Türkiyədə yeni yaranan “Azeder” təşkilatının qurulması səbəbi ilə İstanbulda keçirilən iclasda iştirak edib. Xanım Paşayeva Türkiyədə təhsil alan çox sayda gəncimizlə müzakirələr aparıb. Millət vəkili Azərbaycanın bu cür gənclərə böyük ehtiyacı olduğunu bildirib. Təşkilatın sədri Rəşad Abdullayev və üzvlərin çıxışları çox maraqlı olub. Türkiyə-Azərbaycan arasında “Azeder”in yeni bir körpü olacağını deyib. Qənirə Paşayeva: “Tələbələrimizə dəstək adına, mədəniyyətimizin təbliği, dövlətçiliyimizə töhvə adına bu təşkilata çox böyük ümidlərimiz var. Uğurlar dəyərli gənclər! Yolun açıq olsun “Azeder!”

 

01