Qənirə Paşayevadan İTV-yə müraciət

Ötən gün eşitmə və görmə qabiliyyəti zəif olan insanların müraciətlərini dinlədim. Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərində də bu cür insanların sayının artması xüsusi vurğulanır. Bu insanların bir sıra maarifləndirici sosial proqramlarda nəzərə alınmaması çox ciddi narahatlıq yaradan məsələdir”.

XALQ.AZ-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

O bildirib ki, televiziyalar çox ciddi informasiya vasitəsidir:

“Eşitmə və görmə qabiliyyəti olmayan insanların televiziya verilişlərində nəzərə alınması çox vacibdir. Bir sıra televiziya proqramlarında subtitrlərdən istifadə olunsa da, bu cür insanlar xəbəri subtitr vasitəsilə oxumağı çatdırmır. İctimai Televiziyaya müraciət edirəm ki, həmin insanların da cəmiyyətə inteqrasiya etməsi üçün işləri genişləndirsinlər. Bu məsələyə diqqət yetirilməsini Milli Məclisdən də xahiş edirik”.