Qənirə Paşayevanın namizədliyi təsdiqləndi

Bitərəf millət vəkillərindən daha birinin-Qənirə Paşayevanın da namizədliyi qeydə alınıb.

Bu haqda XALQ.AZ-a açıqlamasında millət vəkilinin özü bildirib.

Qeyd edib ki, namizədliyi bugünlərdə 105 saylı Tovuz Dairə Seçki Komissiyası (DSK) tərəfindən qeydə alınıb.

“Artıq qeydə alınmışam və növbəti mərhələ üçün hazırlaşıram”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Qeyd edək ki, Qənirə Paşayeva Milli Məclisin komitə və plenar iclaslarında fəal iştirak edən deputatlardandır. Bir sıra qanunların qəbul olunmasında və seçicilərin problemlərinin həlli istiqamətində mütəmadi çıxışlar edib, rəsmi orqanlar qarşısında məsələ qaldırıb,həmçinin ölkəmizi beynəlxalq konfranlarda və iclaslarda layiqincə təmsil edib. Azərbaycanın haqq səsinin beynəlxalq miqyasda çatdırılması istiqamətində və Qarabağın işğalı, Xocalı soqıyrımı ilə bağlı davamlı beynəlxalq tribunlardan çağırışlar edib. Qənirə Paşayeva həmçinin qardaş Türkiyədə və diğər ölkələrdə Qarabağ,və Xocalı parklarının açılmasının təşəbbüskarıdır.