Qənirə Paşayevanın şeirləri özbək dilində çap edilib

Daşkənddə özbək dilində nəşr olunan “Kitob dunyasi” qəzetinin “Bizim qonaq” rubrikasında Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın şeirləri çap edilib.

XALQ.AZ  xəbər verir ki, nəşrin birinci səhifəsində Qənirə Paşayevanın özbək xalqına firavanlıq dolu müraciəti, qəzetin oxucularına isə xoş arzuları yer alıb.

Qəzetdə Qənirə Paşayevanın dörd şeiri çap olunub. Şeirləri orijinaldan özbək dilinə şair və tərcüməçi Xasiyyət Rüstəm çevirib.

Xatırladırıq ki, qəzet müntəzəm olaraq Azərbaycan ədəbiyyatı nümunələrini çap edir.

 

Orxan