Qənirə Paşayevaya xatirə medalları təqdim edildi

Millət vəkili Qənirə Paşayeva Nuru Paşanın rəhbərliyi altında Qafqaz Türk İslam Ordusunun Azərbaycana dəstəyə gəlməsinin və Bakını işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak etmək üçün Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin dəvətilə ölkəmizə gələn Türkiyə Müharibə Qaziləri Dərnəyinin, Türkiyənin ehtiyatda olan zabitlər dərnəyi, Türkiyənin müharibə əlilləri və şəhidlərinin yaxınlarının dərnəyi, Türkiyə müharibə veteranları birliyi, Şimali Kipr Türk Cümhuriyyətinin Türk müqavimət hərəkatının üzvləri ilə görüşüb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin sədri Emin Həsənlinin iştirak etdiyi görüşlərdə “Türkiyənin şəhidi Azərbaycanın, Azərbaycanın şəhidi isə Türkiyənin də şəhididir”,- deyən millət vəkili Q.Paşayeva bütün şəhidlərimizi hər zaman böyük sevgi və sayğı ilə yad edəcəyik deyib.

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı Soyqırımı, 20 mindən artıq şəhid olan insanlarımız barədə geniş məlumatlar verən millət vəkili Q. Paşayeva Azərbaycanda fəaliyyət göstərən şəhid ailələri, müharibə əlilləri, müharibə veteranları cəmiyyətləri barədə də danışıb.

Millət vəkili Q.Paşayeva hər iki qardaş ölkənin şəhid ailələri, müharibə əlilləri və müharibə qaziləri cəmiyyətləri arasında əməkdaşlığın genişlənməsinin önəmindən də danışıb və iki qardaş ölkəmizin şəhid ailələri, qazilər, hərbçilər cəmiyyətləri arasında əlaqələrin sürətlə artmasından məmnuniyyət duyduğunu dilə gətirərək onun daha da inkişafına inandığını deyib.

Azərbaycanı çox sevdiklərini deyən şəhid ailələri, qazilər, hərbçilər cəmiyyətləri hər an Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində üzərimizə nə düşərsə etməyə hazırıq deyblər. Görüşün sonunda millət vəkili Q.Paşayeva Türkiyə Müharibə Qaziləri Dərnəyinin, Türkiyənin ehtiyatda olan zabitlər dərnəyi, Türkiyənin müharibə əlilləri və şəhidlərinin yaxınlarının dərnəyi, Türkiyə müharibə veteranları birliyi, Şimali Kipr Türk Cümhuriyyətinin Türk müqavimət hərəkatının üzvlərinə Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı materiallar, hədiyyələr təqdim edib.

Türkiyə Müharibə Qaziləri Dərnəyinin, Türkiyənin ehtiyatda olan zabitlər dərnəyi, Türkiyənin müharibə əlilləri və şəhidlərinin yaxınlarının dərnəyi, Türkiyə müharibə veteranları birliyi, Şimali Kipr Türk Cümhuriyyətinin Türk müqavimət hərəkatının üzvləri hər zaman Azərbaycanın yanında olduqları bildiriblər və hər bir təşkilat millət vəkili Q.Paşayevaya xatirə medallarını təqdim ediblər.

image description
image description
image description
image description

Orxan