Qəpik boyda kompüter hazırlandı

Komp

Çinin az tanınan şirkəti Android platformasında işləyən və daşınan elektronikada istifadə üçün nəzərdə tutulmuş qəpik ölçüsündə Newton adlanan kompüter istehsal edib.

Cihaz görünüşcə Raspberry Piyə oxşar inteqral lövhədən ibarətdir, lakin ölçüləri üç dəfə kiçikdir.

Belə həllər getdikcə bazarda populyarlaşır, belə ki, əsasən daşınan və yığcam elektronika üçün nəzərdə tutulub.

Newton cihazı daxili prosessor, fləş yaddaş, Wi-Fi, NFC çiplə təchiz edilib. Şirkətdən bildirilib ki, artıq cihazı satın almaq mümkündür, lakin qiyməti məlum deyil.

Çin şirkətinin nümayəndələri deyirlər ki, az enerji sərfiyyatı onların həllinin əsas üstünlüyüdür. Newton cihazı gözləmə rejimində 4 millivatt və iş rejimində 100 millivat enerji sərf edir.

Yeni sxem əsasında mərkəzi prosessor 1 QHs takt tezliyində işləyir, qrafik nüvə isə 720 p formatında videonu emal edə bilir. Lövhə 3 QB daxili yaddaşı dəstəkləyir.