Qərb Ermənistana sanksiya tətbiq etməlidir

 

8

“Artıq 22 ildir Azərbaycanın əzəli torpaqları Ermənistanın işğalı altında saxlanılır. Bu torpaqlar heç bir zaman Ermənistan ərazisi olmayıb və bundan sonra da olmayacaq”.Xalq.az  xəbər verir ki, bu sözləri Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Spiker daha sonra qeyd edib ki, Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Ermənistana tətbiq edilməlidir: “Krım Rusiyaya birləşdikdən sonra Qərb ölkələri bu ölkəyə qarşı müəyyən sanksiyalar tətbiq etdi. Ancaq Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. Sözügedən ölkələrin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar məhz Ermənistana qarşı da tətbiq edilməlidir”.