Qəzet redaktoru avtomobil qəzasında dünyasını dəyişib

avariyaaa

Bu gün səhər Şamaxı şəhərində baş vermiş avtomobil qəzasının təfərrüatları məlum olub. ANSPRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Təzəgünəşli kəndi ərazisində qəzaya düşənlər jurnalistlər olub.

Məlumata görə, bunlar 54 yaşlı Əzizov Fikrət Nazim oğlu “Kommunist” qəzetinin redaktoru, 51 yaşlı Vəliyeva Cahan “Açıq Səma” qəzetinin redaktoru, 51 yaşlı Salahova Tehran Nazim qızı “Xalq Mədəniyyəti” jurnalının redaktoru olub. Daha bir yaralı isə 54 yaşlı Atakişiyeva İlhamə Xankişi qızıdır.

Avtomobilin yoldan çıxaraq 50 metrlik uçuruma düşməsi ilə nəticələnən qəzada 51 yaşlı Əzizov Fikrət Nazim oğlu dünyasını dəyişib.