Qaçırdığı qızın qarşılığında inək təklif etdi

Qacirma

Türkiyənin Bolu şəhərində 16 yaşlı qızı qaçıran 26 yaşlı oğlan ortalıq qarışınca vəziyyətdən çıxmaq üçün qızın valideynləri ilə danışıq aparıb. Xalq.az türk mətbuatına istinadən xəbər verir ki, R.Z adlı gənc oğlan C.B-ni sevdiyi və evlənmək məqsədi ilə qaçırdığını deyib.

O, bu addımının qarşılığında qızın atasına 5000 lirə pul və bir inək təklif edib. Qızın atası isə deyib ki, övladı heyvan deyil və bu səbəbdən də oğlanın təklifi bazarlıq anlamına gəlir. O, qızının evə gəlməsini tələb edib. Daha sonra isə polisə şikayətçi düşüb. Polis R.Z və C.B-nin ifadəsini aldıqdan sonra sərbəst buraxıb. Və qız izahatında yazıb ki, evə dönmək fikrində deyiı. Oğlana da sevdiyi üçün özü qoşulub qaçıb.