Qadın sürücü polisin ayağının üstündən keçdi

33

Bakıda qadın sürücü yol polisinə xəsarət yetirib. XALQ.AZ-ın məlumatına görə, bu barədə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsindən APA-ya məlumat verilib. Hadisə ötən gecə Neftçilər prospekti 133 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini Şəhla Məmmədhüseyn qızı Vəliyeva idarə etdiyi “Nissan” markalı, 99 CH 826 dövlət nömrə nişanlı maşınla ərazidə xidmət aparan, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis baş serjantı, 1985-ci il təvəllüdlü Rəşad Mikayıl oğlu Məmmədovun ayağının üstündən keçib.

Qadın sürücü hadisəni törədəndən sonra ərazidən uzaqlaşıb. Xəsarət alan polis əməkdaşı isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.