Qadın və kişi əsgərlər eyni kazarmada yatırlar – Fotolar

A-1

Həmin kazarmalarda 4-ü kişi 2-si qadın olmaqla, 6 əsgərin yerləşdirilməsi nəzərdə tutulur

Həyat tərzi Norveç hökuməti tərəfindən tətbiq edilməyə başlanan və ölkədəki qadın-kişi arasındakı cinsi ayrı-seçkiliyi aradan qaldırmaq üçün nəzərdə tutulan proqram olduqca müvəffəqiyyətli nəticələr verməyə başlayıb.

Xalq.az – ın xəbərinə görə, Skandinaviya ölkəsi olan Norveç qadınlarının kişilərlə eyni şərtlərdə məcburi hərbi xidmət etdiyi ilk NATO ölkəsi olub.

Ölkədəki cinsi ayrı-seçkiliyi aradan qaldıran proqramın bir sonrakı addımı isə ordu qüvvələrində hər iki cins üçün kazarma qurmaq olub.

Hələ ki, həmin kazarmalarda 4-ü kişi 2-si qadın olmaqla, 6 əsgərin yerləşdirilməsi nəzərdə tutulur.

Orduda vəzifə yerinə yetirən qadın əsgərlər də eynilə kişi əsgərlər kimi geyinir, eyni çətinliklərə dözür, yerlərdə sürünür və həmişə üzərlərində silah tuturlar. Lakin qadın əsgərlərə saçlarını qısa kəsməklə bağlı hər hansı bir zərurət göstərilmir. Qadın hərbçilər isə hər nə qədər məcburi xidmət yerinə yetisələr də, onlar bu həyat tərzlərindən razıdırlar.

A-2

A-3

A-4

A-5

A-6

A-7

A-8

A-9

A-10

A-11

A-12

A-14

A-1