Qala qoruğunda sərgi keçiriləcək

Qala

Qala qoruğunda III beynəlxalq “Tullantıdan sənətə” sərgisi keçiriləcək

Mayın 30-dan iyunun 3-dək “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Heydər Əliyev Fondunun, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə III beynəlxalq “Tullantıdan sənətə” sərgisi keçiriləcək.

Sərginin əsas məqsədi insanları israfçılıqdan yayındırmaq və onların malik olduğu əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir.

Sərgidə iştirakçılar ən bəsit və lazımsız materiallardan – metal, kağız, plastik kütlə, rezin məmulatlar və müxtəlif məişət tullantılarından istifadə etməklə maraqlı və ibrətamiz əsərlər yaradırlar.

Beynəlxalq sərgidə Azərbaycan ilə yanaşı, Türkiyə, Böyük Britaniya, ABŞ, Niderland, Kuba, Kolumbiya, Yaponiya, Avstraliya və Çex Respublikasından incəsənət nümayəndələri iştirak edəcək.