“Qalatasaray”dan vacib qələbə

XALQ,AZ xəbər verir ki, futbol üzrə Türkiyə superiqasında 29-cu turun oyunları davam edir. Turun mərkəzi görüşündə “Qalatasaray” “İstanbul Başakşehir”i qəbul edib. Liderliyə qayıtmaq üçün “Qalatasaray”a mütləq qələbə, qonaqlara isə heç-heçə də sərf edirdi.

Görüş Fatih Terimin komandasının 2:0 hesablı vacib qələbəsi ilə yekunlaşıb. Qolları Mariano (60-cı dəq.) və Emmanuel Adebayor (90-avtoqol) vurublar. Bu qələbə sayəsində “Qalatasaray” yenidən liderliyə yüksəlib:1. “Qalatasaray” – 29 oyun, 60 xal, 2. “Beşiktaş” – 29 oyun, 59 xal, 3. “İstanbul Başakşehir”- 29 oyun, 59 xal

 

Elgün