“Qanlı ay tutulması”

Ay

Bu gün bütün dünya saat 10:58-də başlayacaq “Qanlı ay tutulması” adı verilən nadir səma hadisəsinə şahidlik edəcək.

Xalq.az-ın məlumatına görə, tarixi hadisənin son 500 il ərzində yalnız 3 dəfə reallaşdığı bildirilir. Tutulma, dünyanın peyki olan ayın planetin kölgəsinə girməsi ilə başlayacaq.

Peykin tam olaraq planetin kölgəsinə girməsi ilə birlikdə “Qanlı ay tutulması” olaraq adlandırılan tutulma hadisəsi yaşanacaq.

Tutulma əsnasında ay tünd qırmızı bir rəngə bürünəcək. Bu vəziyyət, tutulma hadisəsi əsnasında dünyadan əks olunan günəş şüalarının ayın üzərinə düşməyə davam etməsi ilə açıqlanır.

Günəşin qırmızı – narıncı rəngli şüaları üçün dünya atmosferinin olduqca şəffaf olması, bu şüaların tutulma əsnasında ayın səthinə çox təsirli bir şəkildə əks olunmasına səbəb olur. Səma hadisəsi əsnasında ay qırmızı rəngə bürünür.

Sabah reallaşacaq 78 dəqiqə boyunca davam etməsi gözlənilən nadir tutulma hadisəsi butun dünyada izlənəcək.