“Qarabağ əlili ən son ixtisar edilməlidir”

“Əlillərin işə cəlb edilməsində Qarabağ əlilləri əsas rol oynamalıdır. Əgər Qarabağ əlili hansısa təşkilatda işləyirsə, ixtisarlar ən son onlara şamil olunmalıdır. Bura Əfqanıstan veteranlarını da şamil edirəm”

XALQ.AZ  xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə büdcə  müzakirələri zamanı deyib. S. Novruzov qeyd edib ki,onların arasında əlillər, veteranlar, Qarabağ müharibəsində iştirak edənləri var ki, onların sosial müdafiəsi istiqamətində addımlar atılmalıdır: “Veteranlara 56 manat müavinət verilir, lakin onlar təqaüdə çıxdıqdan sonra həmin puldan 18 manat tutulur. Bu müavinət onlara avtobus, qaz, işıqdan pulsuz istifadənin ləğvindən sonra ayrılıb. Bunun təqaüdə nə aidiyyatı var? Məgər kimsə təqaüdə çıxanda həmin şəxslər veteranlıqdan çıxırlar?”.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.