“Qarabağ Azərbaycandır!” şüarın beynəlxalq idman arenalarında da səsləndirəciyik- Akşin Hüseynov

“Prezident İlham Əliyevin Soçi şəhərində Valday Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi “Qarabağ Azərbaycandır!” mesajı gündəmi əsaslı surətdə dəyişdirib.

İlham Əliyev “Qarabağ Azərbaycandır!” çağırışını səsləndirdikdən sonra yeni bir hərəkat yaranıb. “Qarabağ Azərbaycandır!” hərəkatı. Həqiqət budur ki, vətənini, millətini sevən yüz minlərlə vətəndaş qısa vaxtda bu hərəkata qoşulub.”

Bunu “Qarabağ Azərbaycandır!” şüarı altında yeni təsis olunan “Qarabağ Döyüş Növləri” klubunun rəhbəri Akşin Hüseynov bildirib. Qeyd edib ki, “Biz də “Qarabağ Azərbaycandır!” hərəkətinin fəal iştirakçısı olmağı, Prezident İlham Əliyevin ətrafında sıx birləşməyi özümüzə borc bilərək bu hərəkata qoşulub “Qarabağ Döyüş Növləri” klubunu təsis etmək qərarına gəldik. Bu ilin sonunda ölkədə keçiriləcək dünya kubokunda klubumuz “Qarabağ Azərbaycandır!” şüarı ilə iştirak edəcək və bu mesajı beynəlxalq idman arenalarında da səsləndirməyə çalışacaq.”