“Qarabağ” dəstəksiz qalmayacaq

Qarabag

Sabah Avstriyada Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununa çıxacaq “Qarabağ” rəqib meydanında dəstəksiz qalmayacaq.

XALQ.AZ-ın məlumatına görə, Ağdam təmsilçisinin mətbuat xidməti təmsilçimizi 300-dən artıq tərəfdarın uğura səsləyəcəyini bildirib.

SOCAR-ın Avstriya nümayəndəliyinin əməkdaşları və onların yaxınları 250 nəfərlik qrup şəklində stadiona gələcəksə, “İmarət” fan klubunun Avropa filialının üzvləri də İsveç, Almaniya və digər ölkələrdən Zalsburqa yollanacaq.

Matça canlı baxmağı planlaşdıran bütün azərbaycanlı azarkeşlər “Qarabağ” tərəfindən biletlə təmin ediləcək.