“Qarabağ”ın sabiq prezidenti vəfat etdi

“Qarabağ” Futbol Klubunun təsisçilərindən biri, sabiq futbolçu Adil Nadirov bu gün 69 yaşında dünyasını dəyişib.

XALQ.AZ xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, A.Nadirov uzun illər həm də “Qarabağ”ın prezidenti vəzifəsində çalışıb. 1993-cü ilin iyul ayında Ağdamın işğalından sonra komandanın yaşaması üçün fədakarlıq göstərib.

Allah rəhmət eləsin!

 

Orxan


Comments are closed.