“Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyirik”

“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir”.
XALQ.AZ-ın xəbərinə görə, bunu bu gün Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Süreyya Sadi Bilgiç Bakıda Milli Məclisin təşkilatçılığı və ATƏT Parlament Assambleyası (PA) ilə yaxın əməkdaşlıq çərçivəsində keçirilən Regional təhlükəsizlik və əməkdaşlıq üzrə Parlament Konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransında bildirib.
Türkiyə parlamentinin vitse-spikeri deyib ki, Bakı Parlament Platformasının Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynayacağına inanır.

Yeganə