Qarabağ münaqişəsini müzakirə edildi

Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han Ermənistaın xarici işlər naziri Zoqrab Mnatsakanyanla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edib.

XALQ.AZ xəbər verir ki, iyunun 20-də Y.Hanla Z.Mnatsakanyan arasında görüş olub.

Tərəflər münaqişənin həlli üçün aparılan danışıqlar prosesinin irəliləməsi üçün əlverişli şəraitin yaradılmasının vacibliyini vurğulayıblar.

Görüşdə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına üzv olan ölkələrin xarici işlər nazirlərinin iyunun 22-də Minskdə keçiriləcək toplantısına dair müzakirələr aparılıb.

Qeyd edək ki, Ermənistaın xarici işlər naziri Zoqrab Mnatsakanyan Brüsseldə işgüzar səfərdədir.

 

Orxan