“Qarabağ” “Neftçi”ni darmadağın etdi

Topaz

Bu gün Topaz Premyer Liqasında 24-cü turun oyunları keçirilib.
Xalq.az-ın məlumatına görə, əsas oyun “Neftçi” və “Qarabağ” klubları arasında baş tutub. Azərbaycan çempionu “Neftçi” klubu Premyer Liqanın hazırkı lideri “Qarabağ”ı qəbul edib. Maraqlı keçən qarşılaşma Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ”ın heyətində Reynaldo Silva het-trik edib.

Turun digər oyununda isə “Xəzər Lənkəran” klubu doğma meydanda “İnter” komandasını qəbul edib. Matçda qalib müəyyənləşməyib. Oyun 1:1 hesabı ilə başa çatıb.