Qarabağ niyə məğlub oldu?

Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçiriləcək.

XALQ.AZ xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da növbəti matçına çıxacaq. Ağdam klubu doğma meydanda İngiltərə nəhəngi “Arsenal”ı qəbul edəcək.

“Qarabağ” ilk turda səfərdə Portuqaliyanın “Sportinq” klubuna 0:2 hesabıyla uduzub. “Arsenal” isə doğma meydanda Ukrayna “Vorskla”ya 4:2 hesabıyla qalib gəlib.

Qrupun digər oyununda bu gün “Vorskla” “Sportinq”i qəbul edəcək.

Avropa Liqası
Qrup mərhələsi, 2-ci tur
E qrupu

4 oktyabr

20:55. Qarabağ – Arsenal
Hakimlər: Davide Massa, Filippo Meli, Alessandro Kostanso, Daniele Doveri, Mixael Fabbri, Fabiano Preti.
Bakı Olimpiya Stadionu.

20:55. Vorskla – Sportinq

***

Komandalar aşağıdakı “11-lik”lərlə meydana çıxacaqlar:

“Qarabağ”: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. İnnosent Emeqara, 8. Miçel Madeyra, 11. Mahir Mədətov, 17. Abdulah Zubir, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 52. Jakub Jezniçak, 55. Bədavi Hüseynov

Ehtiyat oyunçular: 1. Hannes Haldersson, 4. Rahil Məmmədov, 6. Simoen Slavçev, 9. Araz Abdullayev, 28. Con Delarj. 30. Abbas Hüseynov, 91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

“Arsenal”: 19. Bern Leno, 4. Məhəmməd Elneni, 5. Sokratis Papastatopulos, 12. Ştefan Lixtştayner, 16. Rob Holdinq, 17. Aleks İvobi, 18. Naço Monreal, 23. Denni Uelbek, 29. Metteo Qenduzi, 31. Sead Kolaşinaç, 55. Emil Smit-Rou

Ehtiyat oyunçular: 26. Emiliano Martines, 2. Hektor Bellerin, 9. Aleksandr Lyakazett, 10. Mesut Özil, 11. Lukas Torreyra, 20. Şkodran Mustafi, 34. Qranit Caka

Baş məşqçi: Unai Emeri

***

Oyun başladı.

***

Hesab açıldı. Sokratis Papastatopulos 4-cü dəqiqədə fərqlənir.

***

“Qarabağ” oyunda hələ də fərqlənə bilmir.

***

Maksim Medvedev Məhəmməd Elneni tutub saxladığına görə ona sarı vərəqə verildi.

***

İkinci hissə başladı.

***

Mahir Mədətov 49-cu dəqiqədə qol vursa da, “off-sayd”a düşdü.

***

Emil Smit- Rou 53-cü dəqiqədə ikinci qolu vurdu. “Arsenal” 2:0 hesabı ilə qələbəyə doğru gedir.

***

Metteo Qenduzi 80-ci dəqiqədə “Qarabağ”ın qapısına üçüncü qolu vurdu.

***

Matç London klubunun 3:0 hesablı qələbəsi ilə başa çatdı.

Orxan