Qarabağda atəşkəs bitir

Ateskes

Atəşkəs müqaviləsinin 20 ili tamam oldu.

Qarabağda gedən hərbi əməliyatların dayandırılmasını nəzərdə tutan bu razılaşma 1994-cü il mayın 5-də Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmiş toplantı zamanı iki ölkənin müdafiə nazirləri tərəfindən imzalanıb. Amma sənəd mayın məhz bu günü qüvvəyə minib. İmzalanarkən atəşkəs müəyyən bir dövrü əhatə etməliydi. Bu ay da ola bilərdi, il də. Amma düz 20 il oldu. Bu illər ərzində həm itirdik, həm qazandıq. Qazandıqlarımızdan sonra danışacam. İtkilərimiz az qala müharibə itkiləridir. Lap bir müharibə iştirakçısının da dediyi kimi, bu qədər itkiylə daha qısa zamanda daha böyük nəticə əldə edə bilərdik.

Bəli, atəşkəs olsa da bu illər ərzində mövqe döyüşləri ardıcıl olaraq davam elədi. Bu, bəzi hallarda hətta geniş döyüş əməliyyatlarının bərpa olunması təhlükəsinə qədər yüksəldi. Məsələn, Mübariz İbrahimovun düşmən mövqelərinin dərinliyində ona böyük canlı qüvvə itkisi ilə zərbə vurması qarşılıqlı əməliyyatların qızışması ilə nətidələndi. Atəşkəsin bizə vurduğu ziyan, xüsusilə özünü snayperlərin fəallığında göstərdi. İş o yerə çatdı ki, fövqəl dövlətlər belə bununla bağlı bəyanatlar verdilər. Əlbəttə, bu bəyanatlar nə balaca Farizi anasına, nə itirdiyimiz torpaqları anamız Azərbaycana qaytardı. Amma təcrübə qazandıq. Döyüş təcrübəsi, ordu təcrübəsi və s.

Ordunun NATO ölçülərinə uyğunlaşdırılması, qoşunların güc və döyüş imkanlarının artırılması, yeni silah və hava hücumundan müdafiə sistemlərinin alınması, gənc zabit kadrlarının formalaşdırılması və s. baxımından Azərbaycan atəşkəsdən müəyyən mənada səmərəli istifadə edə bildi. Bura hərbi sənayemizin yaranıb formalaşmasını xüsusilə əlavə etmək istəyirəm. Bu gün Azərbaycan təkcə öz silahını istehsal etmir, bu silahlar üçün lazım olan sursat ehtiyatını da özü təmin edə bilir. Halbuki, 20 il əvvəl vəziyyət silah sarıdan məhz beləydi.

“Atəşkəsin bağlandığı illərdə özünü müdafiə etmək qabiliyyətindən məhrum olan Naxçıvanın da artıq bu gün öz ordusu qoruyur. Sabah müharibə başlasa, Naxçıvan ordusu Azərbaycan Silahlı qüvvələrinin böyük bir hissəsi olaraq bu əməliyyatlara qoşula bilər.

Yəni şükür ki, qazandıqlarımız da var. Özü də çoxdur. Amma əlbəttə ki, müharibəyə hazırlaşmaq üçün 20 il ondan da çoxdur. Allah daha bizi təkrar bu qədər gözləmək və Ermənistanın müdafiə nazirinin hər cür hədyanlarını dinləmək məcburiyyətində qoymasın. Ohanyan, erməni nazir bu gün deyib ki, nə Qarabağdan, nə də onun ətrafındakı 7 rayonun qaytarılmasından söhbət belə gedə bilməz. Bundan əvvəl isə o demişdi ki, əgər Azərbaycan 20 il gözləyibsə, bu gözləmə hələ 100 il də davam edə bilər. Məncə daha erməni naziri sözlə oturtmaqdansa, əməli işə keçməliyik. Bunun üçün hər şeyimiz var. Ordumuz da, silahımız da, cəsarətimiz də.

Olmayan nədirsə, gəlin onu da səfərbər edək. Yoxsa səbr etmək limiti hələ də tükənməyib?