Qarabağda koronavirusa yoluxan ermənilərin sayı artdı

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində koronavirusa daha 4 yoluxma qeydə alınıb.

XALQ.AZ xəbər verir ki, 56 koronavirus testinin 4-ü müsbət nəticə verib. Həmin 4 nəfər təcrid olunub.

Rəsmi məlumata görə, Qarabağda koronavirusa yoluxanların ümumi sayı 38-dir. Qeyri-rəsmi məlumatlarda isə yoluxma sayının daha çox olduğu bildirilir.