“Qarabağ”la “Neftçi”nin oyunları dəyişdirildi

neftci-1

“Qarabağ” və “Neftçi” futbol klublarının Avropa Liqasının play-off mərhələsinin ilk oyunlarını avqustun 21-də keçirməsi səbəbindən iki oyunun vaxtı dəyişdirilib.

XALQ.AZ-ın məlumatına görə, klubların müraciətini nəzərə alan PFL bununla bağlı qərar qəbul edib:

  1. Topaz Premyer Liqasının III turunun “Araz Naxçıvan” – “Qarabağ” matçı 23 avqust 2014-cü il tarixindən 24 avqust 2014-cü il tarixinə keçirilib. Əvəzedici heyətlər arasındakı matç 24 avqust 2014-cü il tarixində keçiriləcək.

  2. Topaz Premyer Liqasının III turunun AZAL – “Neftçi” matçı 24 avqust 2014-cü il tarixindən 25 avqust 2014-cü il tarixinə dəyişdirilib.