Qaradağ sakinləri İlham Əliyevə səs verəcəklər

03

 

Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynovun sədrliyi ilə 9 oktyabr 2013-cü il tarixdə keçiriləcək seçkilərdə hakim partiyanın namizədi prezident İlham Əliyevin təbliğat-təşviqat kampaniyası ilə bağlı Qaradağ rayon sakinləri ilə növbəti görüş keçirilib. AZADİNFORM xəbər verir ki, görüşdə Azərbaycan İctimai-Siyasi Universitetin rektoru, professor Rasim Nəbiyev və digər şəxslər də iştirak ediblər.

Çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri A.Hüseynov bildirib ki, son 10 ildə prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda böyük inkişafa nail olunub. Onun sözlərinə görə, Azərbaycanda bütün sahələrdə yüksək tərəqqi və uğurlu nailiyyət əldə olunub. “Hər kəs cənab prezident İlham Əliyevin apardığı siyasəti dəstəkləyir və onu növbəti 5 ildə də prezident kimi görmək istəyir” – A.Hüseynov deyib.

Professor R.Nəbiyev də dövlətimiz tərəfindən Azərbaycan vətəndaşlarına göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, Azərbaycan bir çox sahələrdə inkişaf nümunəsi ilə dünyaya örnək olan ölkədir. Onun sözlərinə görə, “İlhamla irəli” şüarı altında keçirilən bu kampaniya Azərbaycanı və onun vətəndaşlarını bir daha qələbəyə səsləyir: “Biz hər kəsin öz səsini birmənalı şəkildə cənab Prezidentə verəcəyinə inanırıq. İnsanlar prezident İlham Əliyevə səs verməklə ölkəmizin daha da yüksək inkişafına öz töhfəsini vermiş olacaq”.

Görüşün sonunda Qaradağ sakinlərinin oktyabrın 9-da prezident İlham Əliyevə səs verəcəyi vurğulanıb.